Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Heydər Əliyev və müasir Azərbaycan əlifbası

0

  •       Azərbaycan Xalq Cümhuriyyəti dövründə də əlifbanı dəyişdirmək ideyası var idi, lakin yeni qurulan hökumət cəmi 23 ay fəaliyyət göstərdiyindən buna nail ola bilmədi. Azərbaycanda Latın qrafikalı əlifbaya keçid yalnız 1920-ci ildən sonra mümkün oldu. 11 noyabr 1920-ci ildə Xalq Maarif Komissarlığı nəzdində ərəb əlifbasının islahatı üzrə komissiyası yaradıldı. Lakin bu komissiyanın işi özünü doğrultmadığı üçün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Səmədağa Ağamalı oğlunun başçılığı ilə 1922-ci ildə “Yeni türk əlifbası” komitəsi yaradıldı və bu komitə hökumətə latın qrafikası əsasında tərtib edilmiş yeni əlifbanın layihəsini təqdim etdi. Yeni əlifba haqqında respublikanın bütün təşkilatlarına göndərilən ilk tarixi sənəd, Azərbaycan MİK tərəfindən 21 iyun 1922-ci ildə dərc edilmiş sirkulyar Sərəncam idi. Sərəncamla dövlət müəssisələrinə çatdırılırdı ki, bütün idarə qulluqçuları yeni əlifba ilətanış olmalı və köhnə əlifba ilə yanaşı, yazı və ərizələri yeni əlifba ilə qəbul etməlidilər. 1923-cü ilin 20 oktyabr tarixində Azərbaycanda ilk dəfə olaraq “Yeni türk əlifbasının hökumət əlifbası təyin olunması” haqqında Azərbaycan MİK və XKS tərəfindən Dekret verildi. Dekretdə deyilirdi ki, işlədilən ərəb əlifbası ilə yanaşı yeni latın qrafikalı türk əlifbası da vacib hökumət əlifbası hesab olunmalıdır. 1925-ci ildə keçirilmiş IV Ümum Azərbaycan Sovetlər qurultayı tərəfindən hökumətin həyata keçirdiyi bütün tədbirlər bəyənildi və dikretivləri ilə yeni əlifbaya keçidin əsası qoyuldu. Qurultayın qətnaməsində deyilirdi ki, 1925/26-cı tədris ilində bütün birinci dərəcəli məktəblərin 1-ci siniflərində dərslər yeni əlifba ilə keçirilsin; Bütün hökumət qulluqçuları üçün yeni əlifbanın öyrənilməsi kursları təşkil edilsin; Yaşlılar arasında savadsızlıq yeni əlifba ilə aradan qaldırılsın və s. Xalq Maarif Komissarlığı kollegiyasının 1925-ci il 5 aprel tarixli qərarı ilə bütün qəza Xalq Maarif Şöbələrinə və Bakı Şəhər Maarif Şöbəsinə birinci dərəcəli məktəblərin müəllimlərinin tədris ilinin başlanmasına qədər yeniməlifbanı öyrənmələri tapşırılır. Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbalardan istifadə olunur. Əlifba sözü ərəb dilindən alınmadır və ərəb əlifbasındakı ilk hərflərin (əlif, bey) adını bildirir. Bir çox başqa dillərdə də belədir: rus dilində “azbuka” kiril əlifbasının ilk iki hərfini (az, buki), bir sıra Avropa dillərində “alfabet” yunan əlifbasının ilk iki hərfini (alfa, beta) bildirir.       1990-cı ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılıb və bu əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk mütəxəssis akademik Afad Qurbanov olub. Onun sədrliyi ilə 1 avqust 1990-cı il tarixdə yaradılan Azərbaycan Əlifba Komissiyası tərəfindən tərtib olunan yeni əlifba layihəsi yalnız Azərbaycan müstəqillik əldəetdikdən sonra qəbul edildi.      1991-ci il dekabrın 25-də “Latın qrafikalı əlifbanın yenidən bərpası haqqında” Qanun təsdiq edildi.1992-ci il sentyabrın 1-dən I sinfə gedən uşaqlar latın qrafikalı əlifba ilə dərsə başladılar və Azərbaycanda yeni əlifbaya keçid tədricən həyata keçirildi.Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərmanı ilə 1 avqust 2001-ci il tarixdən Azərbaycanda yeni Latın qrafikalı əlifbaya keçid başa çatdırıldı, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli Fərmanı ilə 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edildi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası iləyenidən nəşri həyata keçirildi.Bu il Azərbaycanda ilk latın qrafikalı Azərbaycan əlifbasına keçidin 90 ili tamam olur. İnanırıq ki, latın qrafikalı Azərbaycan əlifbası daim müstəqil Azərbaycanın tərəqqisinə, ədəbi dili, elm, təhsil və mədəniyyətinin inkişafına xidmət edəcəkdir.Rövşən Atakişiyev,Xocalı şəhər 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib37 dəfə
    Heydər Əliyev müasir Azərbaycan əlifbası

    Maraqlı gələ bilər
    81
    46
    29
    35